Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlarından ibarət nümayəndə heyəti ABŞ-a yollanıb.
7News.Az-ın "Anadolu”ya istinadən verdiyi məlumata görə, nümayəndə heyəti Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddə təqsirləndirilən Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ekstradisiyası, Suriyadakı vəziyyət və Türkiyə-ABŞ münasibətləri kimi məsələlər ətrafında müzakirələrə başlayıb.
Nümayəndə heyətinin həftə ərzində qeyd olunan məsələlərlə bağlı müzakirələri davam edəcək.








