RU
Deputatlara vəsiqələri nə vaxt veriləcək?
11:11
704

Deputatlara vəsiqələri nə vaxt veriləcək?

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmiş şəxslərə deputat vəsiqəsinin veriləcəyi tarix bəlli olub.

Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra deputatlara vəsiqələri təqdim olunacaq.

Qeyd edək ki, MSK seçki protokollarını yoxladıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ