RU
Deputatlığa namizəd Çingiz Bayramov seçicilərlə görüşüb
02:26
1426

Deputatlığa namizəd Çingiz Bayramov seçicilərlə görüşüb

16 saylı Yasamal II seçki dairəsindən deputatlığa namizəd Bayramov Çingiz İbrahim oğlunun seçicilərlə növbəti görüşü keçirilmişdir

16 saylı Yasamal II seçki dairəsindən deputatlığa namizəd Bayramov Çingizin seçicilərlə növbəti görüşü keçirilmişdir. Görüşdə Çingiz Bayramovun seçki qərargahının rəhbəri Səməd Vəkilov, vəkillərdən Seymur Verdizadə, Cabir Dövlətzadə, İsa Həsənzadə, Vəkil Piriyev, Çingiz Bayramovun səlahiyyətli nümayəndəsi Səbinə Novruzzadə, digər iştirakçılar və seçicilər çıxış etmişlər.
Seçicilərlə görüş Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlamışdır. Tədbiri Səməd Vəkilov açaraq, Çingiz Bayramovun seçki platforması haqqında qısa məlumat vermişdir. 
Daha sonra çıxış edən vəkillər və səlahiyyətli nümayəndə deputatlığa namizədin platforması ilə əlaqədar öz fikirlərini bildirmiş, Çingiz Bayramova uğurlar və seçkidə qalib gəlməyi arzu etmişdirlər.
Tədbirdə iştirak edən iştirakçılardan Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail təşkilatının rəhbəri İlham Əliyev, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu"nun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Sərraf Orucov, karate üzrə dünya çempionu, əməkdar məşqçi və Qarabağ müharibəsi veteranı Sədi Namazov, Qeyri-hökumət təşkilatlarından "Marketinq Fəaliyyətinin İnkişafına Dəstək Birliyi"nin nümayəndəsi Yəhya Sənan, "Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Cəsarət Hüseynzadə, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, "Gəncliyə Yardım Fondu"nun vitse-prezidenti Salman Əliyev, gənc yazar Ülkər Piriyeva, Türkiyə universitetləri məzunlarından Nəsimi Hüseynov, Əli Fərhadov öz çıxışlarında "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Çingiz Bayramov kimi gənclər təşkilatı rəhbərinin Milli Məclisdə təmsil olunmasının ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd etmişlər. 
Seçicilər adından çıxış edən dəyərli ziyalı Azər Hətəmov, görkəmli maarifçi ziyalı Məhəmməd Tağı Sidqinin nəvəsi Bahar Əsədova seçki münasibətilə öz fikirlərini ifadə edərək, deputatlığa namizəd Çingiz Bayramova uğurlar arzulamışlar. Onlar seçicilərin əksəriyyətinin Çingiz Bayramovu dəstəklədiyini bildirmişlər.
Sonda Cingiz Bayramov öz seçki platforması haqqında iştirakçılara məlumat vermiş və seçicilərin suallarını cavablandıraraq, onu dəstəklədikləri üçün bütün iştirakçılara öncədən öz təşəkkürünü bildirmiş, gələcək fəaliyyətində Ulu öndər Heydər Əliyevin ideyalarını daim təbliğ edəcəyini bildirmişdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ