RU
Deputatlığa namizədin əleyhinə vərəqələr yayılır
13:00
700

Deputatlığa namizədin əleyhinə vərəqələr yayılır

112 Saylı Qax Seçki Dairəsindən həyəcan dolu xəbərlər gəlməkdə davam edir.

Hazırkı deputat Azər Kərimlinin yenidən deputat olması üçün ən kobud qanun pozuntularına gedən yerli bələdiyyə və icra nümayəndələri deputatın əsas rəqibi olan Əhməd Şahidova qarşı ən iyrənc üsullara əl atmaqdadır. Belə ki, ötən gün Qaxın əksər məktəblərində deputatlığa namizəd Əhməd Şahidova qarşı vərəqələr yayılıb. Kənd sakinlərinin redaksiyamıza göndərdiyi həmin vərəqələrdə Əhməd Şahidova qarşı yalan, hədyan və böhtan xarakterli məlumatlar əksini tapıb və Qax camaatının Əhməd Şahidova səs verməməsi tələb olunur. Qısa araşdırma zamanı məlum olub ki, bu iyrənc hərəkətin arxasında deputat Azər Kərimlinin səlahiyyətli nümayəndəsi Kamal Muxtarlı dayanır. Hazırda Qax Peşə Məktəbinin direktoru olan Kamal Muxtarlı AXC-nin fəallarından olub və zamanında Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişi zamanı təxribat törətməyə çalışan cəbhəçilərin fəallarından sayılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ