Dünən xəbər verildi ki, 112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Azər Kərimli Qax rayonunda gənclərlə görüşüb.
Rəsmən Azər Kərimlinin adamları tərəfindən yayılan məlumatın mətni çıx qısa idi: 3 cümləlik...
Xəbərdə deyilirdi ki, görüşdə A. Kərimli 5 illik deputatlıq fəaliyyəti haqqında ətraflı məlumat verib.
Daha sonra o, gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Vəssalam, şüttəmam...
Amma daxil olan informasiyada qeyd olunur ki, əslində Azər Kərimli bu görüşə ciddi hazırlaşıbmış... Amma şəkillərdən də görünəni odur ki, deputatın ümidləri puşa uğrayıb... Buna səbəbsə görüşün təşkilatçılarının Azər Kərimlinin tədbirinə rəsmən qeyri-ciddi yanaşmaları olub...
Elə öz yanındakılarla tədbir keçirilən məkanı dolduran Azər Kərimli artıq 2-ci dəfədir ki, zərbə almış olur...
Xatırladaq ki, buna qədər deputatı Qaxın Əlibəyli kəndinə buraxmamışdılar.
Mənbə iddia edir ki, deputatın son görüşünün əsas təşkilatçısı yerli icra hakimiyyətində yüksək vəzifə tutduğundan Azər Kərimli dünənki uğursuzluğa görə, sadəcə susmaq zorunda qalıb və təşkilatçılıq üçün ayırdığı maddi vəsaitin havaya sovrulduğunu seyr etməklə yetinib. Söhbət təxminən 5 min manatdan gedir.../dia
7news.az








