RU
“Dəqiq bildiyim odur ki...” – Elşən Musayev
17:40
103

“Dəqiq bildiyim odur ki...” – Elşən Musayev

"Diqqət edin: Xaricdə məskunlaşan və "tula payı” ilə qidalanan bəlli şəxslər, blogger adı ilə fəaliyyət göstərən vətən xainləri əsasən kimləri hədəfə alırlar? – Güc strukturlarını. Səbəb?! Çünki, yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarından gələn tapşırıq, tezis, təlimat belədir.”– 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Azərbaycanın ən etibarlı və uzun illər boyunca sınaqdan keçmiş məmurları ona görə hədəfə alınır ki, dövlətçiliyə zərbə onurğadan vurulsun, vətəndaşda ən ciddi kadrlarla bağlı mənfi, eyni zamanda yanlış rəy formalaşsın, Prezidentin inandığı və güvəndiyi insanların imicinə kölgə salınsın, əsas sütunlar sıradan çıxarılsın...

Üstəlik, vətən xainlərinin çəkdiyi hər verilişin öz qiyməti var! Və bunu Tural Sadıqlı adında şüursuz məxluq AŞPA-nın 3 ay əvvəl keçirilən Plenar iclasından öncə, içkili vəziyyətdə, ağzı köpük vura-vura Avropalı deputatlara etiraf edib.

Dəqiq bildiyim odur ki, Vilayət Eyvazov və Hikmət Hacıyevlə bağlı bir verilişə görə xarici xüsusi xidmət orqanlarının "söyüş müxalifəti”nə ödədiyi məbləğ 8 min avrodur! Baxış sayı 100 mini keçdikdə isə, 10 min avro!

Allah kəssin, belə qazanılan pulu. Allah kəssin, həmin pulla evə alınan bazarlığı, əyinə geyinilən şalvarı.” – deyə Partiya sədri fikirlərinə davam edib.

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ