Dəriniz də digər orqanlarınız kimi gündüz yaşayır, gecə isə istirahətə və özünübərpaya çəkilir.
Odur ki, orqanizmdə hüceyrə yenilənməsi gecələr baş verir. Qidalandırıcı kremlərin gecə istifadəsinin səbəbi də budur. Dəriyə təzə qalmağa kömək edən aktiv maddələr gecə kremləriylə yedirilir. Buna görə də gündüz çəkdiyiniz gecə kremindən, yaxud gecə çəkdiyiniz bir nəmləndiricidən heç bir təsir gözləməyin. Dərini sadəcə, gecə kremləriylə qidalandırmaq olar.
Kremlərin təsiri həm də onların dərinizə uyğun olub-olmadığından asılıdır. Məsələn, yağlı dəriyə yağ ifrazatını tənzimləyən, aktiv maddələri olan kremlərlə, həssas və alergik dəriyə imunitet sistemini gücləndirən gecə kremləriylə quluq edin.

Dəriniz sallanmağa və bozarmağa başlayıbsa, toxumanı qüvvətləndirən, qırışların aradan qaldırılmasına kömək edən, aktiv maddələri olan kremlərdən istifadə edə bilərsiniz. Dəriniz ləkəli və cansızdırsa, köməkçi kimyəvi maddələri olan kremlərə üstünlük verin ki, tez effekt əldə edəsiniz.
Stress məsələsini də unutmayın. Stress bədənin qidalardan vacib vitamin və mineralları almaq gücünü azaldır, immunitet sistemini zəiflədir. Sizi viruslara və mikroblara qarşı müdafiəsiz buraxır. Odur ki, dərinizə qulluq etmək fikrinə düşəndə mütləq ruhunuza da qulluq edin.
Dr. Şəfəq Mustafayeva
#DrShafaqMustafayeva
@Dr.Shafaq_Mustafayeva
HƏKİM ŞƏFƏQ MUSTAFAYEVANIN RƏSMİ YOUTUBE KANALI
HƏKİM ŞƏFƏQ MUSTAFAYEVANIN RƏSMİ FACEBOOK SƏHİFƏSİ








