Bakıda 23 yaşlı qadın intihara cəhd edib.
Hadisə Xətai rayonunda baş verib.
Belə ki, Ş.Səmədov küçəsində yerləşən evlərin birində 1994-cü il təvəllüdlü D.Q intihar etmək məqsədilə müxtəlif növ dərmanlar içib. Bundan xəbər tutan yaxınları onu 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə çatdırıb.
Faktla bağlı araşdırma aparılır./report
7news.Az








