RU
Dərmanların qiyməti
12:54
1787

Dərmanların qiyməti

Tarif Şurası daha 1427 dərman vasitəsinin qiyməti təsdiqlənib.

7News.Az bildirir ki, ümumilikdə indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bu, dövlət qeydiyyatına alınan dərman vasitələrinin 77%-ni təşkil edir. Bunlardan 5741 dərman vasitəsi təsdiq edilən  qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənən digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.Həyata keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənən 1427 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb, 26%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin  qiymətləri endirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ