Türkiyədə hərbi qiyamı bir müddət əvvəl vəzifəsindən azad edilən Baş Qərargah müşaviri polkovnik Muharrem Kösenin rəhbərliyi ilə planlaşdırılıb.
`Bu işin dəstə başçıları ələ keçirilib`.
Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. O, fikrini belə davam etdirib:
“Türkiyənin şərqində və cənub-şərqindəki terror hadisələri nədirsə, bu da o cür terror hadisəsidir. Bu, Cümhuriyyətimizə, millətimizə və əsgərimizə edilmiş ən böyük xəyanətdir. Bu gün demokratiyaya, millətə sahib çıxma günüdür. Türkiyə ayaqdadır, Türkiyə küçələrdədir. Bizi iqtidara millət gətirib, burdan aparacaq olan da millətdir. Bu, axmaq və çılğın bir cəhddir. Meydanlarda olacağıq və bu işə, bu soysuzlara günlərini göstərəcəyik”.
Bu arada Anadolu Agentliyinin xəbərinə görə, Türkiyədə hərbi qiyamı bir müddət əvvəl vəzifəsindən azad edilən Baş Qərargah müşaviri polkovnik Muharrem Kösenin rəhbərliyi ilə planlaşdırılıb. Xəbərdə bildirilir ki, onunla bərabər polkovnik Mehmet Oğuz Akkuş, minbaşı Erkan Ağın, yarbay Doğan Uysal da bu çevirilişin başında olub./azvision
7news.Az








