RU
Devalvasiya Gürcüstanı iflic etdi
22:07
676

Devalvasiya Gürcüstanı iflic etdi

Dünyada hökm sürən qlobal iqtisadi böhrandan əziyyət çəkən ölkələrdən biri də Gürcüstandır. Milli valyutanın dəyərdən düşməsi əhali arasında ciddi narahatlığa səbəb olub. TTV-nin Gürcüstan bürosu bu ölkədəki ən son vəziyyətdən xəbər verir.

Ötən ilin noyabr ayından bu günə kimi Gürcüstanın milli pul vahidi lari dəyərini itirməkdə davam edir. İlk devalvasiyadan öncə 1 dollar 1 lari 75 tetri idisə, bu göstərici noyabrda 1 lari 95 tetri, dekabrda 2 lari 20 tetri, bu günlərdə isə artıq 2 lari 50 tetri olub. Devalvasiya səbəbindən Gürcüstan bazarlarında vəziyyət olduqca acınacaqlıdır. Piştaxta arxasında duran satıcıların alıcı gözləməkdən başqa çarələri yoxdur. Alıcılar isə iqtisadi böhrandan və məhsulların bahalığından şikayətçidirlər. Qlobal iqtisadi gərginlik və neftin ucuzlaşması fonunda əksər ölkələr böhranla üz-üzə qalıb. Gürcüstan isə neft hasilatçısı yox, tranzit  ölkə kimi maliyyə sıxıntıları yaşayır. Hazırda ölkənin milli valyutası sərbəst buraxılıb bazar prinsipləri əsasında formalaşır./ttv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ