Keniyanın Nayrobi şəhərindəki qoruqda maraqlı hadisə baş verib.

7News.Az-ın info-cool.ru-ya istinadən verdiyi xəbərə görə, heyvan müdafiəçiləri tərəfindən tapılan Cotto ləqəbli fil balası qoruqdakı Peo ləqəbli dəvəquşu ilə dostlaşıb.
Cotto ailəsindən ayrı düşərək quyuya yıxılıb və oradan çıxa bilməyib.
Devid Şeldrik adına Vəhşi Təbiətin Qorunması Fondunun əməkdaşları onu quyudan çıxararaq Nayrobi qoruğuna gətiriblər.

Körpə filin ana qayğısına ehtiyacı olduğunu hiss edən dəvəquşu "analıq" vəzifəsini öz öhdəsinə götürüb.

Heyvanlar çox dostlaşıblar. Onlar bir yerdə oynayır, qucaqlaşıb dincəlirlər.

Qeyd olunur ki, Cotto böyüyənədək qoruqda saxlanılacaq, daha sonra isə təbiətin qoynuna qaytarılacaq.



7News.Az








