RU
`Deyəcəklər ki, Milli Məclisin büdcəsini artırıblar` - Spiker
15:11
547

`Deyəcəklər ki, Milli Məclisin büdcəsini artırıblar` - Spiker

"2017-ci ildə Milli Məclis və aparatının saxlanması üçün 23 mln. 89 min 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016- 394 min 784 manat çoxdur”.

7News.Az xəbər verir ki, bunu Milli Məclisin işlər müdiri Firudun Hacıyev plenar iclasda parlamentin xərclər smetasını təqdim edərkən deyib. Bildirib ki, ümumi dəyərin 74,5%-ni əmək haqqı fondu təşkil edir. 

"Xarici ölkələrdən gələn qonaqların, deputatların xarici səfərlərinin, daxili ezamiyyələrin sayı artıb. 2017-ci ildə ezamiyyə xərcləri 1 mln. 110 min manat vəsait nəzərədə tutulub ki, bu da keçən illə eynidir"

F.Hacıyev ezamiyyə xərclərinin artırılmasını təklif edib. 

Daha sonra spiker Oqtay Əsədov çıxış edib: "İndi deyəcəklər ki, Milli Məclisin büdcəsini artırıblar. Bu artım heç işıq puluna çatmayacaq. Yəni elə bir artım yoxdur”. 

Daha spiker bildirib ki, Milli Məclis çox böyük səylər nəticəsində ezamiyyə xərclərini aşağı salıb: "Ezamiyyə xərcləri bizə çatmırdı. Çünki biz büdcəni keçən ilin noyabr ayında qəbul etmişdik. Noyabr ayından sonra iki dəfə devalvasiya oldu. Bizdə də ən çox dövlət təşkilatları içərisində xaricə ezamiyyətə gedənlər parlamentin nümayəndə heyətləridir. Baş nazirə də məktub yazmışam, maliyyə naziri Samir Şərifova da demişəm. Ezamiyyə xərcləri məsələsi qeydə alınmalıdır. Çünki beynəlxalq təşkilatlarda Milli Məclis iştirak etməsə, işlərdə çox böyük axsamalar olar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ