DHL şirkətinin Boeing 737 yük təyyarəsi uçuş-enmə zolağından çıxıb, palçıqda sürüşüb və hərəkətin gur olduğu şosseyə çıxandan sonra dayanıb.
7News.az European-a istinadən bildirir ki, olay İtaliyanın şimalındakı Berqamo şəhərində, Orio al Serio hava limanında yaşanıb. Qəza zamanı limanın işi dayandırılıb, uçuşlar 45 dəqiqə sonra bərpa olunub.
Liman bağlı olanda təyyarələr Milan yaxınlığındakı Malpensaya yönləndirilmişdi.
RAİ-nin məlumatına görə, qəza zamanı Boeing-in heyətinin 3 üzvü yaralanıb.




7News.az








