RU
“Dialoq Avrasiya” ASGA və 7News.az-ın qonağı oldu
13:17
3223

“Dialoq Avrasiya” ASGA və 7News.az-ın qonağı oldu

“Azərbaycan dünyaya mültikultralizm dərs keçir”

7News.az xəbər verir ki, bu sözləri “Dialoq Avrasiya” təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Cəlil Ərdəm Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) və 7News.az redaksiyasında görüş zamanı söyləyib.

ASGA sədri Səbuhi Abbasov görüşdə təşkilatın fəaliyyəti, o cümlədən rəhbərlik etdiyi 7News.az xəbər portalının fəaliyyəti, qısa zaman kəsiyində qazanılan uğurlar barədə məlumat verib. Azərbaycanda KİV-in inkişafına diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan S.Abbasov bildirib ki, ölkəmizdə söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilib: “Ölkəmizdə həm də internet azadlığına görə dünyada ön sıralarda gedir. Lakin cəmiyyətdə bir çox problemlər var ki, onların həllində Vətəndaş cəmiyyəti yaxından iştirak etməli, təkliflər irəli sürməlidir”

“Dialoq Avrasiya” təşkilatının rəsmisi Cəlil Ərdəm dost və qardaş Azərbaycan ilə Türkiyənin bir-birinə ayrılmaz tellərlə bağlı olduğunu bildirib, təmsil etdiyi qurumun fəaliyyətindən danışıb: “Bütün dünyanı bürüyən iqtisadi krizislərin fonunda Azərbaycanın inkişafı, yeni-yeni iş yerlərinin açılması sözün bütün mənasında təqdirəlayiqdir. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir”

Sonda hər iki təşkilat sədri birgə layihələrin həyata keçirilməsi ilə bağlı ilkin razılığa gəliblər.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ