“ATƏT-in fəaliyyəti təkcə Ukrayna münaqişəsi ilə məhdudlaşmayacaq. ATƏT məkanında uzun illər davam edən Dnestryanı və Dağlıq Qarabağ kimi münaqişələr var”.
7news.az APA-ya istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Vyanada mətbuat konfransında deyib.
“Biz münaqişə tərəfləri ilə intensiv şəkildə dialoqları davam etdirəcəyik”, -deyə ATƏT sədri qeyd edib.
Ştaynmayer əlavə edib ki, Almaniya ATƏT sədri olaraq məsuliyyəti dərk edir, ATƏT-in dialoq və etimad quruculuğu üçün yaxşı forum olduğuna inanır.
7news.az








