RU
Diananın boşanmadan əvvəl yazdığı məktub satılır - Foto
11:40
692

Diananın boşanmadan əvvəl yazdığı məktub satılır - Foto

Böyük Britaniyada​ Uelsin keçmiş şahzadəsi Diananın yeni tapılan məktubu hərraca çıxarılacaq.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, məktubun avqustun 31-də satışı olacaq.

Bildirilib ki, məktub onun kral III Çarlzdan boşanmasından təxminən bir ay əvvəl yazılıb.

Belə ki, şahzadə Diana və Çarlz 1996-cı ildə avqustun 28-də boşanıblar. Məktub isə həmin il iyulun 15-də yazılıb.

Onun hansı qiymətə satışa çıxarılacağı barədə isə ilkin məlumat yoxdur.

Xatırladaq ki, daha əvvəl Diananın 3 libası hərraca çıxarılıb. 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ