Polisə kömək etdi, həyatı 180 dərəcə dəyişdi. ABŞ-da bir dilənçinin verdiyi ifadə, onu bir anda zənginləşdirib. Asayişin bərpa olunmasında polislərlə əməkdaşlıq edən Metyu Hey-Çepmen 100 min dollar mükafat alıb.
Küçədə gəzərkən, təsadüfən televizor ekranında həbsdən qaçan iki şübhəlinin şəklini görən dilənçi onlarla harda rastlaşdığını xatırlayıb. Cinayətkarların gizləndiyi yeri bilən Metyu dərhal polislərə yaxınlaşaraq, bildiklərini onlarla paylaşıb. Onun ifadəsi əsasında şübhəlilərin yerini aşkarlayan polislər onun bu əməyini qiymətləndiriblər. Axtarışlarla bağlı 4 nəfərə ümumilikdə 150 min dollar mükafat verilib və bu mükafatın 2/3-si dilənçinin payına düşüb. Avtomobili oğurlanan şəxs isə 20 min dollar təzminat alıb.
Əslində həbsdən 3 nəfər qaçıbmış. Onlardan biri könüllü surətdə təslim olub. Hüseyn Nayiri və Conatan Tiö isə məhz dilənçinin ifadəsindən sonra zərərsizləşdirilib. Maraqlısı odur ki, şübhəlilər tərəfindən bir həftə girov saxlanılan şəxsə hansısa maddi yardım göstərilməyəcək. Bu iş ən çox dilənçiyə düşüb. Görəsən o, bundan sonra da dilənəcəkmi?








