Təxminən bir ilə yaxındır erməni əsirliyindən azad olunaraq vətənə qaytarılan Dilqəm Əsgərov işğaldan azad olunan ərazilərdə olub. Bu barədə 7NEWS.az-ın yerli bürosuna D.Əsgərovun özü məlumat verib.
"Uzun illərdən sonra vətənə gəldim.Şuşa şəhərində, Laçında, Qubadlıda oldum. Hisslərimi sözlə ifadə edə bilmirəm. Çox xoşbəxtəm. İllər sonra yenə Şuşadayam, yenə burdayam" - deyə D.Əsgərov bildirib.
7News.Az











