RU
Dilqəm Əsgərov Bakıda mühakimə olunan  erməni diversantlarından danışdı
15:18
189

Dilqəm Əsgərov Bakıda mühakimə olunan erməni diversantlarından danışdı


Vətən müharibəsində əldə edilən qələbədən sonra erməni əsirliyindən azad olunaraq vətənə gətirilən Dilqəm Əsgərov Bakıda  məhkəmələri davam edən erməni diversantlarından danışıb. 7NEWS.az- ın  bölgə müxbirinə açıqlama verən D.Əsgərov bildirib ki, məhkəməsi keçirilən erməni diversantlara ömürlük həbs cəzası verilməlidir

"Məni məhkəməyə ayaqyalın gətirirdilər. Sonradan bir yararsız ayaqqabı verdilər. Şuşa türməsində saxlanılan zaman başıma sollefan torbalar keçirirdilər. Bu gün isə saxlanılan ermənilərə o işgəncələr olunmur, qeyri-insani münasibət göstərilmir. Amma o diversantlara ən ağır cəza verilməlidir. Bu adamlar ömürlük həbs cəzası almalıdırlar"- deyə D.Əsgərov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ