BQXK-nin İrəvan ofisinin rəhbəri Karolin Duyez cavab verir.
Qurumun əsas vəzifələrindən biri həbs olunan şəxslərlə ailələri arasında əlaqə qurmaqdır. Adətən bu iş Qızıl Xaç tərəfindən yazılı şəkildə həyata keçirilir.
7news.Az xəbər verir ki, bu barədə news.am-a verdiyi müsahibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan ofisinin rəhbəri Karolin Duyez Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələri ilə “Skype” vasitəsilə əlaqə saxlaması ilə bağlı BQXK rəhbərliyi ilə razılıq əldə olunmasına dair suala cavabında deyib.
Xatırladq ki, belə əlaqə yaradılması məsələsini Azərbaycanın baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaldırmışdı
Əsirlər və onların doğmaları arasında əlaqənin mümkük olması barədə danışarkən Duyez qeyd edib ki, BQXK nümayəndəsi tərəfindən telefon əlaqəsi qurula bilər.
“Texnologiyanın inkişafı ilə “Skype”dan istifadə edilir. Bütün hallarda bununla bağlı qərarı hakimiyyətlər verməlidir”.
7news.Az








