RU
DİM: 5 nəfər qəbul imtahanından xaric edildi
17:10
535

DİM: 5 nəfər qəbul imtahanından xaric edildi

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

DİM-dən 7News.Az-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub. 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ