Bu il II ixtisas qrupunda müsabiqə keçid balı keçən ilkinə nisbətən aşağı olacaq.
7News.Az bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ixtisaslar üzrə keçid ballarının ötən il nisbətən daha aşağı olacağı gözlənilir: "Amma ola bilər ki, hansısa yeni ixtisasda keçid balı çox yüksək olsun. Ancaq bunu biz indi bilə bilmərik. Çünki bu ixtisaslar üzrə ilk dəfə qəbul aparılır".
7News.Az








