Rusiyalı müğənni Dima Bilan "ermənin soyqırımı” haqqında mahnı və klip hazırlayır.
7News.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilib ki, mahnı artıq hazırdır. Klipin bir hissəsi Ermənistanda, Ararat dərəsində, digər hissə isə "Mosfilm”in xüsusi dekorasiya olunan pavilyonunda lentə alınacaq.
"Bu mövzu mənə təkcə tarix kitablarından məlum deyil. Mənim ulu nənəm Şuşan Tiqranovna 13 yaşında bu hadisələrdən canını qurtarıb. Onu Türkiyədən Rusiyaya qaçan rus hərbçilər xilas edib. Təəssüflər olsun ki, ulu nənəm mən dünyaya gəlmədən vəfat etdi. Lakin anamın sözlərinə görə, o ömrünün sonuna qədər öz yaxınlarını axtarıb”, - deyə Bilan müsahibəsində bildirib.
Klipin 2017-ci ilin aprel ayında istifadəçilərə təqdim olunması planlaşdırılır.
Rusiyalı müğənninin qondarma soyqırıma mahnı həsr etməsi onun kökünün erməni olması ilə əlaqədardır. Məşhur müğənninin erməni yalanı haqda mahnı oxuması sözsüz ki, onun azərbaycanlı pərəştişkarları tərəfindən etirazla qarşılanacaq.
7News.az








