RU
DİN 14 yaşlı qızın anası tərəfindən oğurlanması iddialarına münasibət bildirib
18:30
238

DİN 14 yaşlı qızın anası tərəfindən oğurlanması iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Bakıda yeniyetmə qızın anası tərəfindən nənəsinin evindən oğurlanması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev 7NEWS.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar araşdırılır.

"Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”, - şöbə rəisi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Şirvan rayon sakini Tamella Mustafayeva qızının narkotik aludəçisi olduğunu iddia edir. O bildirib ki, 14 yaşlı nəvəsi qızı və onun tanışı tərəfindən evindən oğurlanıb. T.Mustafayevanın iddiasına görə, həmin şəxslər yeniyetmənin ona qaytarması müqabilində 5 min manat pul istəyirlər.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ