RU
DİN 27 mindən artıq partlayıcı oyuncaq aşkarladı
17:45
487

DİN 27 mindən artıq partlayıcı oyuncaq aşkarladı

Əməliyyat keşirilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində külli miqdarda partlayıcı oyuncaq aşkarlayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində səyyar ticarətlə məşğul olan Elnur Fərəcovdan, Teymur Mehralıyevdən və Vüsal Hüseynovdan 2419 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bundan başqa, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhərində, Abşeron və Xətai rayonları ərazilərində səyyar ticarətlə məşğul olan Miri Eyvazovdan, Mehman Səmədovdan, İlham Rzayevdən, Elşən Əliyevdən 24800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ