RU
DİN:
20:50
136

DİN: "Ağdamda “Azərişıq” işçilərini bıçaqlayan şəxs saxlanılıb"

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda iki nəfər "Azərişığ" əməkdaşının bıçaqlanması barədə məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı 7NEWS.Az-a bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəhim Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda araşdırma davam etdirilir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ