RU
DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı
20:21
1230

DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Binəqədidə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

7news.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsindəki işlədiyi mağazanın qarşısına gəlmiş qohumu qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan “İJ-58” markalı tüfəng və 5 ədəd patron götürülüb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ