RU
DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı
15:40
1347

DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi yol polisinin Sumqayıtda törətdiyi qəza ilə bağlı məlumat yayıb.

7News.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 26-da saat 21 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub.

Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ