RU
DİN-dən 2 sürücünün öldüyü qəza haqda
15:12
935

DİN-dən 2 sürücünün öldüyü qəza haqda

Daxili İşlər Nazirliyi İmişli rayonunda baş verən qəza ilə bağlı açıqlama yayıb.

Qurumdan verilən məlumata görə, hadisə aprelin 23-də saat 18 radələrində İmişli rayonunun Xəlfəli kəndində baş verib.

Rayon sakini Rabil Musayevin idarə etdiyi “Mercedes” və Beyləqan rayon sakini Məhəmməd Vəliyevin idarə etdiyi “Ford-Transit” markalı avtomobillər toqquşub. Nəticədə hər 2 sürücü hadisə yerində ölüb, M.Vəliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ