RU
DİN-dən ittihamlara
18:59
438

DİN-dən ittihamlara

Daxili İşlər Nazirliyindən qurumun eks-əməkdaşı Solmaz Quliyevanın ittihamlarına cavab gəlib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Solmaz Quliyeva DİN-nin əməkdaşı deyil: “O nazirliyin nəzdində fəaliyyət göstərən Tibb İdarəsinin mülki işçisi olub. Müqavilə əsasında bu idarədə qeydiyyatçı vəzifəsində çalışıb. Onun səsləndirdiyi ittihamların heç bir əsası yoxdur. Solmaz Quliyevaya bir neçə dəfə xəbərdarlıq edilib, amma bundan nəticə çıxarmayıb. Onun təqsiri tam sübuta yetirilib. Əmək Məcəlləsinin müvafiq maddəsini pozduğu üçün, xəbərdarlıq edilməklə işdən uzaqlaşdırılıb. Daha sonra o bir neçə instansiyaya müraciət edib. Ali Məhkəmədən tutmuş bütün instansiyalar onun şikayətlərinin əsassızlığını sübuta yetirib.

Yazıda iddia edir ki, ondan 20 min manat pul tələb edilib. Amma bu tamamilə həqiqətə uyğun olmayan məlumatdır. Özünə bəraət qazandırmaq üçün şər-böhtan atmaqla məşğuldur”./qafqazinfo

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ