Bakıda mağazadan kitab oğurlayanlar tələbə deyil.
Bu sözləri 7News.Az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Anar Qafarov deyib. O bildirib ki, hadisə barədə məlumatı "Əli və Nino" mağazalar şəbəkəsi paylaşıb:
"İlk olaraq "Əli və Nino" mağazalar şəbəkəsi sosial şəbəkə hesabında oğurluğun videosunu paylaşıb. Bundan sonra polis əməkdaşları hərəkətə keçərək mağazadan bahalı kitab oğurlayanları saxlayıb. Baş verən oğurluq faktı ilə bağlı cinayət işi başlanmayıb. Buna görə də, saxlanılan şəxslərin hələ ki, izahatları alınıb".
Anar Qafarov həmçinin onlara inzibati qaydada həbs qərarı çıxarılmasının ehtimal olunduğunu bildirib.
7News.Az








