Daxili İşlər Nazirliyi Sabunçudakı faciəvi ölümlə bağlı rəsmi məlumat yayıb.
7News.Azxəbər verir ki, yanvarın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki "Qağayı" düşərgəsindəki qazanxananın tüstü borusu orada işləyən Bakı şəhər sakini Səfəralı Səfərovun üstünə düşüb və o, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.








