RU
DİN-in cərimə sistemi çökdü
09:42
1343

DİN-in cərimə sistemi çökdü

Nəticə əvəzinə xəbərdarlıq yazılır.

Yanvarın 10-da cərimələr və cərimə balları barədə məlumatları özündə saxlayan serverdə xəta baş verib.

Daxili İşlər Nazirliyinin saytında cərimə və balı yoxlamaq istədikdə nəticə əvəzinə bu xəbərdarlıq yazılıb: 

“Profilaktik tədbirlərlə əlaqədar hal-hazırda server müvəqqəti olaraq işləmir. Xahiş edirik, bir az sonra bir daha cəhd edəsiniz” (http://mia.gov.az/?/az/driverlicense/).

Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət Ödəniş Portalından da cərimələrə baxmaq mümkün olmayıb:

“Daxili İşlər Nazirliyi ilə informasiya mübadiləsində xəta baş vermişdir. Təşkilatın servisi qeyri-aktivdir”.

Həmçinin Asan Ödəniş Portalında da cərimə balları olan bölmə işləməyib: 

“Xəta 1100: Xəta baş verdi”.

Qeyd edək ki, hazırda sistemlərin fəaliyyəti bərpa olunub. /avtosfer

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ