Bakıda Daxili İşlər Nazirliyinə məxsus avtomobil qəzaya düşüb.
7news.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, R.Zorge küçəsində baş verib.
DİN Təchizat İdarəsinə məxsus "Hyundai Sonata" markalı 10- AA- 025 dövlət nömrə nişanlı avtomobil ilə Bakı sakini Nigar Baxşıyevanın idarə etdiyi "Volksvagen Passat" markalı 99 - DC - 013 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
Hər iki maşın ciddi zədə görsə də, ağır xəsarət alan olmayıb.
7news.az








