Evində axtarış aparılan Rusiya DİN-in vəzifəli şəxsinin mənzilindən 8 milyard rubl (təxminən 125 milyon dollar-red.) götürülüb.
Polkovnik Dmitri Zaxarçenkonun özü isə daha əvvəl Federal Xidmət Bürosu əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılıb.
Onun saxlanılması Rusiya İstintaq Komitəsi generalları ilə kriminal avtoritet Zaxari Kalaşovun ( Şakro Molodoy) korrupsiya əlaqələrinə dair açılan cinayət işi çərçivəsində olub.
Polkovnikə qarşı küllü miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açılıb. Eyni zamanda, DİN-də yeni həbslər, hətta istefaların olacağı da istisna edilmir. /qafqazinfo
7news.Az








