RU
DİN qadının əri tərəfindən işgəncələrə məruz qalması iddialarına münasibət bildirib
11:30
252

DİN qadının əri tərəfindən işgəncələrə məruz qalması iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda qadının əri tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən 7News.Az sorğusuna cavab olaraq bildirilib ki, nazirlik yayılanlarla bağlı məlumatlıdır.

Qeyd edilib ki, qadının əri tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı iddialar araşdırılır.

Xatırladaq ki, sosial şəbəkələrdə Rəqsanə Qafarova adlı istifadəçi əri tərəfindən döyülərək işgəncələrə məruz qaldığını iddia edir. O, hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən izahatının alındığını, lakin hələ də heç bir tədbir görülmədiyini deyir.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ