RU
DİN:
18:13
144

DİN: "Qanunsuz aksiyaya cəhdlərin qarşısı alınacaq"

"İctimai-siyasi proseslər qanunla tənzimlənir".

Bunu 7NEWS.Az-a cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq.

Qeyd edək ki, bir qurub şəxs mayın 14-də Bakıda aksiya keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə məlumat yayıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ