RU
DİN:
20:30
154

DİN: "Qazaxın axundunun cinayətinin araşdırılmadan xitam verilməsi barədə iddialar əsassızdır"

"Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Qazax rayonunun axundu olan İlham Süleymanovun rayon məscidində azyaşlı qıza təcavüz etməsi və etdiyi cinayətin Qazax Rayon Polis Şöbəsində araşdırılmadan xitam verilməsi barədə iddialar əsassızdır və böhtan xarakterlidir".

Bunu 7NEWS.Az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

"Məlumat üçün qeyd edim ki, 2016-cı ildə Qazax rayon Polis Şöbəsinə rayonun sakini T.İsmayılovanın İlham Süleymanov tərəfindən tez-tez zəng edilərək narahat edilməsi barədə məlumat daxil olub və müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib", - E.Qasımov bildirib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ