RU
DİN:
18:02
148

DİN: "Salyanda atışma baş verməyib"

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan rayonu ərazisində atışma baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov 7NEWS.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur.

"Bu barədə heç bir fakt qeydə alınmayıb", - o vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Salyan rayonu ərazisində silahlı atışmanın baş verdiyi barədə məlumatlar yayılmışdı.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ