RU
DİN və DTX əməkdaşları silah-sursat tapıblar - Goranboyda
14:52
702

DİN və DTX əməkdaşları silah-sursat tapıblar - Goranboyda

Xocalı Rayon Polis Şöbəsi və DTX-nın rayon Şöbəsinin əməkdaşları tərəfindən Goranboy rayonunda silah sursat tapılıb.

DİN-in mətbuat xidmətindən 7News.Az-a bildirilib ki, Xocalı Rayon Polis Şöbəsi (Goranboy rayonu) və DTX-nın rayon Şöbəsinin əməkdaşları tərəfindən Buzluq kəndinin ərazisində 1 ədəd (alışqansız) "F-1” qumbarası, 2 ədəd patron darağı və 111 ədəd müxtəlif çaplı patron tapılıb.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ