RU
DİN Yevlaxdakı qətllə bağlı məlumat yayıb
14:46
364

DİN Yevlaxdakı qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Yevlaxda baş vermiş qətllə bağlı məlumat yayıb.

7News.Az-ın məlumatına görə, dekabrın 24-də Yevlax şəhəri ərazisində şəhər sakini Namiq Nərimanov münaqişə zəminində həmyerlisi Ağa Əhmədova bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş Ağa Əhmədov orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Nərimanov saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən Ağa Əhmədov Gəncədə yerləşən ali məktəblərdən birinin tələbəsi olub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ