“Yeni yaradılan dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində bəzi çətinliklər oldu, aramızda müəyyən problemlər yarandı”
7News.az-ın məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-15: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükürr Paşazadə söyləyib.
QMİ sədri deyib ki, Mübariz Qurbanlı Dövlət Komitəsinə sədr təyiin olunandan sonra yerlərdə Dövlət Komitəsi və dindarlar arasında əməkdaşlıqda harmoniya yaranıb: “Bu Dövlət Komitəsi dindarlara lazımdır. Azərbaycan Respublikasınnın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyinin yaradılması da dindarların işini asanlaşdırır. Milli Məclisdə Siyavuş Novruzovun sədrliyi ilə müvafiq komitənin yaradılmasını da təqdir edirik. Aşağı səviyyədə bəzi məsələləri istifadə etmək cəhdləri olur, bu, yuxarı səviyyədə, bizim aramızda yoxdur. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi, Dövlət Komitəsi və Milli Məclisin müvafiq komitəsi arasında görüşün keçirilməsinə ehtiyac var. Bizim aramızda inam, anlaşılmazlıqlar varsa, aradan qaldırılacaq”.








