RU
DİQQƏT: Bakının mərkəzi prospekti bağlanır
10:48
1372

DİQQƏT: Bakının mərkəzi prospekti bağlanır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin, piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektinin, Azneft  dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində  yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq sözügedən  prospektdə  avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə edirik./lent.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ