"İl ərzində istehlakçıların həyatına təhlükə törədən malların ifşası üzrə çoxlu işlər görülüb. Bu il Azad İstehlakçılar Birliyi sertifikatı olmayan və yoxlamadan keçmədən satılan 700-ə qədər mal və xidmətin siyahısını əldə edib. Manatın devalvasiya məsələsini, biznes qurumlarının süni qiymət artımlarını, qaz və işığın qiymətlərindəki dəyişiklikləri üst-üstə gəlsək və keçən ilin bugünki vaxtına uyğunluğu analiz etsək, ümumillikdə 25%-dən çox qiymət artımı baş verib. Son 20 gündə isə daha ciddi dəyişikliklər olub: ət 30%, kərə yağı 13%, şəkər tozu 13%, düyü 25%, quru meyvələr isə 40-50% bahalaşıb. Qoz, fındıq və quru meyvələrin Novruz bayramı ərəfəsində keçən ilə nisbətən 70%-ə qədər qiymətində qalxma gözlənilir", — deyə o bildirib. //sputnik
7News.az








