7NEWS.az xəbər verir ki, Binəqədirayonu, İ.Paşa Dadaşov küçəsində yerləşən "Bizim market” mağazasında daha bir xoşagəlməz hal qeydə alınıb. Redaksiyamıza ünvanlanan müraciətdə deyilir ki, mağazanın duru yağlar bölməsindəki məhsulların bir çoxu həyat üçün təhlükəlidir. Belə ki, duru yağlardan bəzilərinin vaxtı keçsə də satışdan yığışdırılmayıb. Müraciət edən vətəndaş qeyd edir ki, vaxtı keçmiş məhsulu kassa aparatına yaxınlaşdırıb: "Ancaq satıcı heç nə olmamış kimi bu məhsulu da kassa aparatından keçirdi və yenidən mənə təqdim etdi. Elə bu an mən öz etirazımı bildirdim. Qeyd etdim ki, vaxtı keçmiş məhsul, xüsusən də duru yağ çeşidi insan sağlamlığı üçn çox təhlükəlidir. Niyə bunu satırsınız? Sualını verəndə isə dərhal mağazanın məsul şəxsləri yaxınlaşdılar, müxtəlif təkliflər irəli sürərək xoşagəlməz olayın unudulmasını istədilər. Mən isə birmənalı şəkildə etiraz etdim. 7NEWS.az vaxtı keçmiş duru yağın fotolarını təqdim edir:






Məlumat
üçün qeyd edək ki, "Bizim market”mağazalarında bundan öncə də xöşagəlməz, cinayət tərkibli hadisələrə tez-tez rast
gəlinib. Belə ki, İqtisadi
İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi,
1C ünvanında Svetlana Salmanovaya məxsus "Bizim market”, həmçinin Yasamal
rayonu, Ə.Əhmədov küçəsi, 19 ünvanında İlqar Mirzəyevə məxsus "Bizim market”
mağazalarında aparılan yoxlama zamanı istehsalçı tərəfindən qablaşdırılaraq üzərində
xalis çəkisi göstərilmiş malların ticarət obyektlərində real çəkisindən 5-10%
artıq göstərildiyi və satışın bu çəkiyə uyğun olaraq aparıldığı müəyyən
edilmişdir.
Məlumatı dəqiqləşdirmək üçün "Bizim
market” mağazalar şəbəkəsinin rəsmi veb səhifəsində yeganə qeyd olunan
*7778 nömrəsi ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsək də nömrənin aktiv olmama
səbəbindən münasibət öyrənmək mümkün olmamışdır.
Mövzunu diqqətdə saxlayacağıq.
7NEWS.az







