Axtarış-xilasetmə Qərargahından verilən məlumata görə, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700-dən artıq canlı qüvvə və Nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları cəlb edilməklə, uzunluğu 145 km, eni isə 120 km olan geniş ərazidə fasiləsiz olaraq axtarış-xilasetmə əməliyyatları davam etdirilməkdədir.
İlk gündən axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz "ROV" sualtı aparatlar quraşdırılan "Məmməd Süleymanov", "Təbriz Xəlilbəyli" axtarış-xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməkdədir.
Axtarış-xilasetmə əməliyyatları zamanı, uçan estakadaya aid olduğu ehtimal edilən 100 çeşiddən artıq əşya tapılaraq aidiyyəti üzrə təhvil verilib.//report
7News.az








