Azərbaycanda koronavirusa yoluxmanın ən çox yayıldığı şəhər və rayonların statistikası açıqlanıb.
7News.Az koronavirus.info-ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakıdadır - 53.5 faiz, Abşeronda 13.8 faiz, Aranda 11.3 faiz, Gəncə-Qazaxda 7.2 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.2 faiz, Dağlıq Şirvanda 1.9 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.
Naxçıvan gəldikdə isə burada yoluxma 0.06 faiz, ölkə xarici yoluxma isə 0.7 faiz təşkil edir.
Qeyd edək ki, hazırda ölkə üzrə 79158 koronavirusa yoluxub, onlardan 56894 nəfəri sağalıb, 1005 nəfəri isə vəfat edib.
7News.Az








