Marketlerdə növbəti ağılagəlməz fırıldaq
Bakıdakı böyük supermarket şəbəkələrinin alıcıları aldatmasıyla bağlı mətbuatda
dəfələrlə yazılar dərc olunub.
Yazılarda vaxtı keçmiş məhsulların satılmasından tutmuş, kiflənmiş məhsulların
alıcılara təqdim edilməsinə, bağlı qablardakı ərzaqların içindən qurd çıxmasına
kimi dəhşətli faktlar yer alıb.
7News.az xəbər verir ki, növbəti
ağılagəlməz fırıldaq isə "Səbət”
marketlər şəbəkəsində qeydə alınıb. Belə ki, redaksiyamıza müraciət edən vətəndaş
məhsulun qiyməti ilə kassa qiymətinin fərqli olduğunu idia edir. Təbii ki,
fotofakt olduğuna görə müraciəti işıqlandırmaq qərarına gəldik. Fotodan da
göründüyü kimi məhsulun üzərində olan qiymət kassa qiymətindən fərqlidir. Məbləğ
fərq baxımından olduqca böyükdür. Şikayətçi iddi edir ki, əksər məhsullarda bu
problem yaşanmaqdadır: "Biz mağaza nəzarətçisinə də müraciət etdik, o isə
xoşunuza gəlmir başqa marketdən alver edin deyir”
Məsələni diqqəti saxlayacaq, "Səbət” marketlər şəbəkəsində qeydə alınan növbəti videofaktımızı da oxucularımıza təqdik edəcəyik.
7News.az










