Ötən gecə güllələnən Lənkəranskinin yerləşdirildiyi Şişli Etfal xəstəxanasından verilən açıqlamaya görə, Lənkəranski sağdır.
7News.az bildirir ki, ancaq vəziyyəti son dərəcə pisdir.
Xəstəxananın qəbul müdiri Nişə Yeldirin saytımıza verdiyi açıqlamaya görə, Lənkəranski ölməyib. "Hal-hazırda reanimasiyadadır. Amma vəziyyəti çox pisdir. Çox pis halda gətirilib. Bizə də əlavə məlumat verilmir. Ancaq vəfat etməyib. Sağdır, reanimasiyadadır".
Qeyd edək ki, bir az əvvəl millət vəkili Fəzail Ağamalı saytımıza açıqlamasında Lənkəranskinin öldüyü xəbərini bildirmişdi. O, xəbəri Lənkəranskinin qohumlarından aldığını bildirmişdi./bizimyol
7News.az








